Çilli maffin resepti

Çilli maffin resepti
Şirniyyat və Tortlar
10.09.2017 35
Tərkibi:
Bəyaz xəmir:
140 q un
1 ç.q. qabartma tozu (yarımçıq)
Bıçağın ucunda vanil
70 q şəkər tozu
1 yumurta
115 ml süd
40 ml qoxusuz bitki yağı
Tünd xəmir:
125 q un
1 ç.q. qabartma tozu (yarımçıq)
15 q kakao tozu
bıçağın ucunda vanil
70 q şəkər tozu
1 yumurta
115 ml qəhvə (hazır)
40 ml bitki yatı
Hazırlanması:
Bir qabda maye ərzaqları, digərində isə toz halında olanları qarışdırın
Sonra ikincini birinciyə əlavə edib qarışdırın.
Eyni qayda ilə tünd xəmiri də hazırlayın.
Hər xəmirdən iki xörək qaşığı konditer torbalarına doldurun.
Qalanlarını isə formalara onların 3/4-ü qədər doldurun.
Sonra hər birinin üzərinə fərqli rəngli xəmirlərdən xırda "noxudlar" sıxın.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!