Esmira Avilovadan "Tiramisu" resepti

Esmira Avilovadan
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:
6 yumurta sarısı
1 1/4 cup şəkər tozu
1 1/4 cup maskarpone
1 3/4 cup qaymaq(35%-li)
3 packa ladyfingers
1 st tünd kofe
Üzərinə:
Kakao
Doğranmış şokolad

Hazırlanması:
Yumurtaların
sarısını ayırın. Bizə yalnız sarısı lazım olacaq. Şəkər tozunu
yumurtaya əlavə edib su buxarında 10 dəqiqə qarışdırın (bu yumurtaların
çiy qalmaması üçündur). Sonra yumurta və şəkər tozunu ağarana kimi
mikserlə çalın, maskarpone pendirini əlavə edib yenə mikserlə çalın.
Kənarda qaymağı qatılaşana kimi mikserlə çalın və yumurtaları qarışıma
qatın. Bu zaman qaşıqdan istifadə edin. Mikserlə olmaz. Hazırlayacağınız
qaba çox boşluq qalmadan ladyfingers (savoyardi) peçenyelərini düzün və
şotka vasitəsilə kofeni üzərinə yayın. P.S. calışın kofeni peçenyeyə
lap çox yedirtməyəsimiz. Bir az dadı çıxdı bəs edər.
Sonra
hazırladığımız qarışımı peçenyelərin üzərinə tökün. Bunu 2 qat
edəcəyik. Yəni krem iki hissəyə bölünəcək və iki qat pecenye və krem
olacaq. Sonra ən az 1 gün soyuducuda saxlayın. Süfrəyə verərkən üzərinə
kakao və şokolad qırıntıları səpə bilərsiniz.
Onu deyim ki, çox dadli reseptdir. Sualı olan buyursun yazsın, məmnuniyyətlə cavablandıracağam))
[/center]
Reseptdə ki, cup ölcüləri bunlardır:
[center]


Nuş olsun!
Dəyərli
xanımlar! Artıq sizlər də xüsusi günlərinizi (toy, nişan, körpənizin ad
günü və s.) rahatlıqla qeyri-adi etmək və digərlərindən fərqləndirə
bilərsiniz. Bunun üçün sadəcə aşağıdakı əlaqə vasitələri ilə əlaqə
saxlayıb, sifarişinizi etmək bəs edəcəkdir...
"Balli Bisi" özəl günlərinizdə sizlərin yanında!
Bölgələrdə yaşayanların nəzərinə:
İstənilən rayona sifarişlər çatdırılır. Belə ki, havaların isti olması
ilə əlaqədar olaraq tortlar istisna olmaqla digər bütün şirniyyatlar
problemsiz çatdırılır. Havalar soyuduqda isə tortlarda daxil olmaqla
sifarişləriniz qəbul olunur.
Əlaqə:
Şirniyyatları hazırlayan: Esmira xanım Avilova
Telefon: (055) 217 15 19
(070) 217 01 71

Facebook səhifəmiz: https://www.facebook.com/pages/Balli-Bisi/706358902728793скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!