Esmira Avilovadan "Tres Leches tortu (Tri moloka)" resepti

Esmira Avilovadan
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:
225 qr yağ
3 fincan un
1 fincan şəkər tozu
4 yumurta
Qabartma tozu
Vanil
Bir cimdik soda
Bir cimdik duz
1 fincan süd
Sous:
1 st qaynadılmış süd
1 st qatılaşdırılmış süd
Krem:
200 qr qaymaq
1 x.q pudra şəkəri

Hazırlanması:
Yağı
və şəkər tozunu mikserlə çalın. Mikseri dayandırmadan yumurtanı bir-bir
əlavə edin. Vanil, qabartma tozu və unu birlikdə ələyin və bir az süd
bir az undan əlavə edin və mikserlə çalın. Hazırlanan xəmiri kvadrat və
bir qədər böyük bor qabda bişirin. Sobadan çıxmiş biskviti çəngəllə
çoxlu deşin. 1 st qaynadılmış südə 1 banka qatılaşdırılmış südü qatın və
biskvitin üzərinə tökün. 4 saata yaxın soyuducuda saxlayın. Südü
tamamilə içinə çəkməlidir. Kremi hazırlayın və tam hazır olan biskviti 2
hissəyə bölün. Kremləyin və zövqə görə mövsüm meyvəsiylə bəzəyin. Onuda
deyim ki, çox dadlı və yüngül tortdur)
Nuş olsun!

Dəyərli
xanımlar! Artıq sizlər də xüsusi günlərinizi (toy, nişan, körpənizin ad
günü və s.) rahatlıqla qeyri-adi etmək və digərlərindən fərqləndirə
bilərsiniz. Bunun üçün sadəcə aşağıdakı əlaqə vasitələri ilə əlaqə
saxlayıb, sifarişinizi etmək bəs edəcəkdir...
"Balli Bisi" özəl günlərinizdə sizlərin yanında!
Bölgələrdə yaşayanların nəzərinə:
İstənilən rayona sifarişlər çatdırılır. Belə ki, havaların isti olması
ilə əlaqədar olaraq tortlar istisna olmaqla digər bütün şirniyyatlar
problemsiz çatdırılır. Havalar soyuduqda isə tortlarda daxil olmaqla
sifarişləriniz qəbul olunur.
Əlaqə:
Şirniyyatları hazırlayan: Esmira xanım Avilova
Telefon: (055) 217 15 19
(070) 217 01 71
Facebook səhifəmiz: https://www.facebook.com/pages/Balli-Bisi/706358902728793скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!