Bananlı dondurma resepti

Bananlı dondurma resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Bu istilərdə həmişə bizi sərinlədəcək şeyləri düşünər olduq. İşdə sizi sərinlədəcək çox gözəl bir dondurma resepti. Nəfs bir dondurma növü. Hazırlanması asan, xərci az, ev istehsalı dondurma. İndidən nuşla yeməyiniz diləyi ilə ...



Tərkibi:

Yarım kilo banan,

300 qram şəkər tozu

2 su stəkanı su,

1 ədəd limonun suyu.



Hazırlanması:

Bananları soyun istər süzgəcdən keçirin, istərsədə blendordan keçirin.

Sonra, üzərinə limon suyunu tökərək bir kənara qoyun.

Bir qazanda şəkər ilə suyu qarışdırın və ocaqda 5-10 dəqiqə qaynadın.

Daha sonra şirəni soyumağa buraxın.

Sirə soyuduğunda, bananlı qarışığı içinə tökün və qarışdırın.

Təkrar süzgəcdən keçirin və buz qəlibinə qoyaraq buzluğu qoyun.

Hərdənbir və ya saat başı, buz qəlibini götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun.

İstədiyiniz donma dərəcəsinə gəldiyində servis edə bilərsiniz.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!