Qaragilə piroqu resepti

Qaragilə piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi

1,5 stəkan qaragilə

4-6 x.q. şəkər tozu



Xəmir üçün

2 stəkan un

200 qram kərə yağı və yaxud marqarin

2-3 x.q. şəkər tozu

1 ç.q. vanil şəkəri

Bir çimdik duz

1 yumurta sarısı



Şirə üçün:

180-200 qram xama

2 ədəd yumurta

2-3 x.q. şəkər tozu

1 ç.q. vanil şəkəri

2 xəqə kartof nişastası



Hazırlanması:

Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin. Qaragiləni yuyub, təmizləyin. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.

Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.

Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.

Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.

Piroqun şirəsini hazırlamağa başlayın.

Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.

Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.

200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.

İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz.

Piroqun dadı sizin fantaziyanızdan asılıdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!