Pavlova tortu resepti - FOTO RESEPT

Pavlova tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 19
Deyilənə görə, ”Pavlova” tortu ilk dəfə ötən əsrin 20-ci illərində
məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı
tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada
deyil, Yeni Zelandiyada icad olunub. Mübahisələr indiyənədək davam edir.
Tortu isə bütün dünyada bəyənib xoşlayıblar.



"Pavlova”
tortu 3 qatdan ibarətdir. Birinci qat – dairəvi merenq (bize) layıdır.
Bunun üstünə ikinci qat – qaymaqlı krem çəkilir. Bu qatın üzərinə isə
təzə meyvələr. Tortun originalında buraya kivi, çiyələk, marakuya
meyvələri düzünür, amma bunların yerinə müxtəlif xırda giləmeyvələrdən
də istifadə etmək olar. Elə bu reseptdəki kimi. Tort o qədər ləzzətlidir
ki, tərif etməklə, qurtarmaz. Balerina kimi zərif, kövrək bir tortdur.
Necə dəyərlər, adına laiq. Bişirin. Dadın. Nuş edin.



Tərkibi:

Bizeni hazırlamaq üçün:

4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda olmalı və qətiyyən soyuq olmamalıdır!)

1 çay qaşığı alma sirkəsi

1 çay qaşığı qarğıdalı nişastası

1
fincan / 190 qr rafinə edilmiş – xırdalanmış şəkər tozu /əgər yoxdursa o
zaman mətbəx kombaynında xıradalamq olar,lakin şəkər pudrasına
çevrilməməlidir/

Yarım çay qaşığı tam vanil ekstraktı



[/b]Krem üçün:

Yağlılığı 35-40% olan 300 ml qaymaq /mütləq soyuq olmalıdır/

1 çay qaşığı şəkər tozu



Üzərini bəzəmək üçün:

Qarışıq giləmeyvələrdən təzə moruq və qaragilə, nanə yarpağı və şəkər pudrası.



Hazırlanması:

Soba 100 C dərəcə tempraturda qızdırılır. Bize bişiriləcək list /tava/ sobanın orta rəfində yerləşdirilir.



Böyük,təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür,köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.









Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.

[/center]



Şəkər
tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə
bərkiyənəcən daha 5 dəqiqə çalınır. Kütlənin hazır olub-olmadığını
bilmək üçün mikserin çəlgəlləriylə kütlədən bir qədər götürülür,əgər
qarışıq axmırsa və bərk vəziyyətdə miskerin çəngəlində qalırsa deməli
hazır hesab olunur. Sonda vanil ekstraktı əlavə edilib kütləyə
qarışdırılır.

[center]




Listin
/tavanın/ üzərinə perqament kağızı yerləşdirilir. 25 sm diametrlik
boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə
çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Alınmış dairəvi forma bize
üçün lazım olacaq. Belə ki, hazır bize kütləsi qaşıqla götürüb səliqəylə
perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta
hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına
krem qoyulacaq.

[center][/center]



Qapağı
açılmadan ,1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir.
Yadda saxlamaq lazımdır ki- bizenin rəngi ağ olmalıdır! Bize bişdikdən
sonra soba söndürülür və qapağı açılmadan heç olmasa 2 saat tam
soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi
zefir kimi yumşaq olur.



Sonra bizeni sobadan çıxarıb səliqə ilə perqament kağızından ayırmaq və altlıqlı lövhə sini /podstavka/ üzərinə qoymaq lazımdır.



Bu
arada, krem hazırlamaq üçün orta ölçülü qabda qaymaq və şəkər tozu
qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına
eyni bərabərlikdə əlavə olunur. Üzərinə qarışıq giləmeyvələr- moruq və
qaragilə qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az
miqdarda şəkər pudrası səpilir.



Qeyd: Tort
hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qalıdıqda bize
üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə isə büzüşəcək.



[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!