Ballı iris resepti (Foto resept)

Ballı iris resepti (Foto resept)
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

300 q şəkər tozu

120 q bal

120 q kərə yağı

250 ml yağlı xama, yaxud qaymaq


 
Hazırlanması:

 
 
Bal və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən
sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.
 

 
Hissə-hissə otaq temperaturunda olan kərə yağını əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin.

 
Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz: bir damla soyuq
səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini
yoxlayın.

Sininin içinə perqament döşəyin. Üstünə yağ çəkin, sonra isə irisi içinə tökün.

 
Bir qədər soyuyandan sonra kvadratlara bölün. Tam soyudun.

 
Əgər bal xoşlamırsınızsa, onu eyni miqdarda şəkər tozu ilə əvəz edin.
Həmçinin yağla birlikdə 50 q əridilmiş şokolad da əlavə edə bilərsiniz, o
zaman şokoladlı iris alınacaq.

Hazır irisləri perqamentdən, yaxud cığaradan kəsdiyiniz kağızlara bükə bilərsiniz. Nuş olsun !!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!