Çiyələkli tort resepti

Çiyələkli tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 25
Tərkibi:

Xəmir üçün:

100 q kərə yağı

100 q şəkər tozu

1 yumurta

100 q un

1/2 ç.q. qabartma tozu

vanil

1 çimdik duz



Krem üçün:

18 q jelatin

600 ml yoqurt

150 q şəkər tozu

1/2 limon şirəsi

400 q çiyələk



Jele üçün:

150 q çiyələk

50 q şəkər tozu

1 ç.q. jelatin



Hazırlanması:

Yumurtanı şəkər tozu və duzla çalın. Yumşaldılmış kərə yağı, vanil əlavə edərək yenə çalın. Qabartma tozu ilə qatıb yaxşıca qarışdırın.

Kərə yağı ilə yağlanmış siniyə töküb 20-30 dəqiqə 180 dərəcə qızdırılmış sobada bişirin. Soyudun.

Çiyələyi
blenderdə şəkər tozu əlavə etməklə əzin. Sonra bir qaba tökün. Suda
əridilmiş jeleni nazik axınla əlavə edib çalın. Korjun üzərinə çəkin. Soyuducuya qoyun.



Krem
hazırlamaq üçün stəkana azca su töküb içində jelatini əridin. Yoqurtu
şəkər tozu, limon şirəsi ilə çalın. Sonra suda həll edilmiş jelatini
əlavə edib yaxşıca qarışdırın və soyuducuya qoyun.

Yuyulub qurudulmuş çiyələkləri yarı bölün.

Korju soyuducudan çıxarın, çiyələkləri üstünə düzün. Çiyələyin üstünə krem çəkin. Tortun üstünü çiyələyin qalanı ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!