Ərikli piroq resepti

Ərikli piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 53
Tərkibi:

150 ml qoxusuz bitki yağı

150 ml xama və ya yoqurt

200 q şəkər tozu

3 yumurta

150 q un

1/2 ç.q. qabartma tozu

bıçağın ucunda soda (xamada söndürün)

300-400 q ərik

2 x.q. istənilən cem



Hazırlanması:

Yumurtanı
şəkər tozu ilə bircinsli hala gələnədək çalın. Əlinizi saxlamadan bitki
yağı, xama (yoqurt), qabartma tozu ilə qarışdırılmış un əlavə edin. Lap
sonda isə xamada söndürülmüş soda əlavə edin.



Xəmiri
yağlanıb un səpilmiş düzbucaqlı siniyə tökün (siniyə perqament və ya
folqa da döşəyə bilərsiniz). Xəmirin üstündən doğranmış ərikləri düzün.
160-170 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.



Hazır
olub-olmadığını kibrit və ya diş çöpünü batırmaqla yoxlayın. Əgər çöpü
biskvit olan yerə batırıb çıxarandan sonra üstündə qırıntı qalmırsa, yaş
deyilsə, o zaman piroq bişib.



Hazır piroqun üstünə cem çəkib şəkər pudrası səpin. Süfrəyə südlə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!