Kəsmikli qat-qat qurabiyə resepti

Kəsmikli qat-qat qurabiyə resepti
Şirniyyat və Tortlar
10.09.2017 28
Tərkibi:

400 q mayasız qat-qat xəmir

400 q kəsmik

3-4 x.q. şəkər tozu

1/3 ç.q. vanil

1 yumurta

1-2 x.q. xama

kişmiş



Üzərinə:

yumurta

şəkər pudrası və küncüt



Hazırlanması:

Kəsmik, yumurta, xama, vanil, isti suya salınıb qurudulmuş kişmişi qarışdırın.



Xəmirin donunu açın, 2 yerə bölün.



15x35 sm ölçüdə dördbucaqlı yayın. İçin yarısını üzərinə çəkin (kənarlarında yer saxlayın).



Rulet kimi bükün, kənarlarını bitişdirin, sonra "tikişi" üzüaşağı olmaqla çevirin. 3-4 sm enində dilimləyin.



İkinci kündəni də eyni qaydada hazırlayın.



Qurabiyələri içinə perqament döşənmiş siniyə düzün, üzərinə yumurta çəkin, küncüt səpin (xaş-xaş, darçın, şəkər tozu da səpə bilərsiniz). 200 dərəcə
qızdırılmış sobada qızılı rəng alanadək bişirin. Soyudun, üzərinə şəkər
pudrası səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!