Süd kremli və meyvəli ballı tort resepti

Süd kremli və meyvəli ballı tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 57
Tərkibi:

2 x.q. bal

4 yumurta

1 st. şəkər tozu

2 st. un

2 x.q. araq

2 x.q. kakao tozu

1 ç.q. soda

banan

kivi

likör (istənilən, məsələn, meyvəli)

300 q kərə yağı

2 banka qatılaşdırılmış süd (bankada bişirilmiş)



Hazırlanması:

Yumurtaları şəkər tozu ilə çalıb yavaş-yavaş bal (maye), araq, sirkədə söndürülmüş soda və un əlavə edin, xəmir yoğurun.

Xəmiri iki yerə bölün. Bir hissəsinə kakao töküb qarışdırın.

Sonra
dairəvi siniyə ayrı-ayrılıqda töküb qızdırılmış sobada bişirin. İki
korj alınacaq - açıq və tünd rəngli. Çıxarıb soyudun. Hər korju eninə
iki yerə bölün, 4 korj alınacaq.

Hər bir korjun üzərinə yarıbayarı su ilə qarışdırılmış likör çəkin. Korjları perqament kağızının üzərinə qoyun.

Bankadakı
qatılaşdırılmış südü bir neçə saat suda qaynadın (indi bunun hazır
qaynanmışı da satılır), soyudun. Kərə yağı ilə çalın. Qoz da əlavə edə
bilərsiniz.

Tort üçün iri boşqab götürün. Əvvəlcə bir rəngdən olan korju içinə qoyun, krem çəkib, nazik halqalarla doğradığınız
bananları üzərinə düzün. İkinci korju üstünə qoyun. Bunun da üzərinə
krem çəkib, kivi dilimlərini düzün. Bu minvalla bütün dörd korjdan tort
hazırlayın.

Tortun üzəri və kənarlarına krem çəkib öz zövqünüzə görə bəzəyə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!