Böyürtkən souslu panna cotta resepti

Böyürtkən souslu panna cotta resepti
Şirniyyat və Tortlar
10.09.2017 37
Tərkibi:
400 ml çırpılmış krem
½ stəkan şəkər tozu
200 ml soyuq süd
Vanil
3 yarpaq jelatin
 
Sous üçün:
1 stəkan böyürtkən
1 stəkan su
1 çay qaşığı buğda nişastası
 
Hazırlanması:
Yarpaq jelatinləri yumşaltmaq üçün 5 dəqiqə soyuq su dolu kasada saxlayın. Şəkər tozu,  krem və südü qazana qoyun. Vanili əlavə edin. Bu qarışımı qaynayana qədər az odda bişirin. Yumşalmış jelatinlərin suyunu sıxaraq bu qarışıma əlavə etdikdən sonra qazanı sobadan götürün.
Qarışdıraraq şirin qarışmın  öz istiliyində əriməsinə çalışın.
Şirniyyatı süfrəyə vermək üçün silikon, ya da birdəfəlik istifadəlik qablar götürün. Qarışımı süzgəcdən keçirib bu qablara tökün. 2 saat soyuducuda saxlayın.
Sous üçün qazanın içinə nişastanı əlavə edib su ilə qarışdırın. Böyürtkənlərlə birlikdə 10 dəqiqə bişirin. Soyuyan şirniyyatı tərs çevirin və üzərinə böyürtkən sousundan əlavə edib servis qabına qoyun.




Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!