Meyvə pizzası resepti

Meyvə pizzası resepti
Şirniyyat və Tortlar
10.09.2017 7
Yaz aylarında damağınızın dadını dəyişəcək ləzzətli və tez hazırlanan meyvəli pizza reseptini təqdim edir.
 
Tərkibi:
- Şəkərli peçenye xəmiri
- 250 qram mikserlə çalınmış yağsız pendir
- Stəkanın üçdə biri qədər şəkər pudrası
- 1 çay qaşığı vanil
- 1 xörək qaşığı su
- Seçimə görə dilimlənmiş meyvələr
 
Hazırlanması:
Peçenye xəmirini pizza xəmiri kimi incə şəkildə açın. 12 dəqiqə 190 dərəcədə sobada bişirin və bişdikdən sonra kənarda soyumağa qoyun. Pendir, şəkər pudrası və vanili qarışdırın. Soyuyan xəmirin üzərinə incə təbəqə şəkilində yaxın.
 
Meyvə dilimlərini xəmirin üzərinə yerləşdirin. Suyu qaynama nöqtəsinə gələnə qədər qarışdıraraq isidin. Fırçayla meyvələrin üzərinə sürtün. Bunun sayəsində meyvələrin rəngi qorunmuş olacaq. Süfrəyə təqdim etmədən əvvəl soyuducuda saxlayın.


Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!