Dondurma içli tart resepti

Dondurma içli tart resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:
Xəmir üçün:
100 q kərə yağı
180 q un
4 x.q. kakao tozu
130 q şəkər tozu
Krem-dondurma:
1 st. yağlı qaymaq
1 st. qatılaşdırılmış süd
4 x.q. qəhvə likörü
1 ç.q. vanil ekstraktı
Qanaş üçün:
150 q tünd şokolad
150 ml yağlı qaymaq
1/2 st. qovrulmuş fındıq
Hazırlanması:
Krem-dondurma üçün yağlı qaymağı möhkəm çalın. Qatılaşdırılmış süd, qəhvə likörü və vanil cövhəri əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Likör əvəzinə eyni miqdarda qəhvə istifadə edə bilərsiniz.
Bu kremi ağzıbağlı qaba qoyub bir gecə (ən azı 8-10 saat) dondurucuda saxlayın.
Sabahı gün tartın əsasını hazırlayın: unu ələyin, kakao tozu, şəkər tozu, xırda doğranmış kərə yağı əlavə edib əlinizlə qarışdırın, ovuntuq halına salın.
Sobanı 180 dərəcə qızdırın. Formanı yağlayın. Xəmiri formaya döşəyin, kənarlarını qaldırın. Üzərinə perqament kağızı çəkib ağırlıq (adətən, quru lobya tökürlər) qoyun. 8-10 dəqiqə bişirin.
Tartın əsası soyuyanadək qanaşı hazırlayın. Qaymağı qaynara düşənədək qızdırın və şokolad əlavə edin. Ocağı söndürün, qazançadakını isə eynicinsli kütlə alınanadək qarışdırın.
Qanaşın yarısını tartın əsasının üzərinə çəkin, divarlarını da unutmayın. 20 dəqiqə sonra, şokolad donanda, dondurmanı qoyun. Dərhal üzərinə qida plyonkası çəkib dondurucuda 1 saat saxlayın. Bu qədər vaxt keçdikdən sonra üzərinə qanaşın qalanını çəkin, soyuducuda daha 30 dəqiqə saxlayın.
Süfrəyə verərkən üzərinə qovrulmuş fındıq səpin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!