İspanaq tortu resepti

İspanaq tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 70
Tərkibi:
3 yumurta
1 stəkan şəkər tozu
1 stəkan ispanaq püresi
2 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
Krem üçün:
2 stəkan süd
1 stəkan şəkər tozu
3 xörəık qaşığı un
Üstü üçün:
1 paket krem-şanti
Hazırlanması:
Yumurta və şəkər tozunu dəmir qabda mikserlə 10-15 dəqiqə, şəkər əriyənə qədər qarışdırın. Sonra digər inqradientləri əlavə edin, keks qəlibinə qoyun, 180 dərəcəyədək qızdırılmış sobada bişirin, sonra soyudun.
Krem üçün inqradientləri bir qazanda qarışdıraraq bişirin, mikserdə 5-10 dəqiqə qarışdırın. İlıq hala gəlincə tort yarımfabrikatını ikiyə kəsin, arasından 1 stəkan bişmiş xəmiri çıxarın, əlinizlə yumşaldın.
Krem şantini 1 stəkan süd ilə qarışdırın, sonra krem-şantidən 1 xörək qaşığı götürün, kəsilmiş hissələri qapadın. Tortun arasına kremi tökün, krem-şanti ilə suvayın.
Bundan sonra kasada yumşaldılmış ispanaqlı xəmiri üzərinə sürtün.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!