İslaq keks resepti - FOTO RESEPT

İslaq keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 1 032
Tərkibi:
4 ədəd yumurta;
2 stəkan şəkər tozu;
4 xörək qaşığı kakao;
200 qr.marqarin(westgold);
1 paket vanil;
1 stəkan süd;
1 paket qabartma tozu;
2.5 stəkan un.


Üzəri üçün lazım olan ərzaqlar:

şkolad sosu;
araxis(zövqə görə:qoz,fındıq və s.)
Şkolad sosu üçün lazım olan ərzaqlar:
1 stəkan süd;
5 xörək qaşığı şəkər tozu;
1 xörək qaşığı kakao;
20 qr.marqarin(parıldaması üçün).


Hazırlanması:

Dərin qaba yumurtaları qırın və üzərinə şəkər tozunu əlavə edin.Şəkər tozu əriyənə qədər çırpın.


Şəkər tozu əridikdən sonra marqarini əlavə edərək çırpmağa davam edin.


Marqarin tam əridikdən sonra südü əlavə edin.


Yaxşıca qarışdıqdan sonra kakaonu və vanili ələyərək qarışıma əlavə edin.


Bu qarışımdan yarım stəkan ayırın.
Sobanı 150-170 dərəcədə qızdırın.
Daha sonra unu və qabartma tozunu ələyərək qarışıma əlavə edin(əllə çırpın).


Qızdırılmış qabı yağlayın.Daha sonra qarışımı qaba tökün.150-170 dərəcədə 40-50 dəqiqə ərzində  bişirin.
Bu arada daha öncə ayırdığınız yarım stəkan qarışımın üzərinə stəkanı tamamlayacaq qədər süd əlavə edib yaxşıca qarışdırın.
Keki sobadan çıxartdıqdan sonra üzərində diş çöpü ilə deşiklər açın.Daha sonra ayırdığınız 1 stəkanlıq kakao sosunu kekin üzərinə tökün.Keki soyumağa buraxın.


Bu arada şkolad sosunu hazırlayın.Bunun üçün süd,şəkər tozu və kakao birlikdə bişirin.


Qatılaşdıqdan sonra marqarini əlavə edin.


Şkolad sosu hazırdır.
Bu arada araxisi doğrayın.
Şkolad sosunu kekin üzərinə tökün.Daha sonra araxisi kekin üzərinə səpin.
"Islak kek"imiz hazırdır.Nuş olsun!

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!