Səhəngdəki qarpız resepti - FOTO RESEPT

Səhəngdəki qarpız resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi:
3 laym
75 ml yoqurt
1 portağal
15 q tünd şokolad
4 x.q. çiyələkli konfitür
şəkər pudrası (zövqə görə)
gilənar şirəsi (rəngə üçün)

Hazırlanması:
Laymları yarı bölüb lətini çıxarın ("qarpız" üçün ancaq qabıq lazımdır).


Portağalın şirəsini sıxın. Cəmi 75 ml gərək olacaq.
 
Yoqurtu portağal şirəsi və konfitürlə birlikdə çalın. Əgər portağal çox turşdursa, şəkər pudrası əlavə etmək olar. Rəng üçün bir qədər də gilənar şirəsi əlavə edin.

Şokoladı xırdalayın. Tərəvəz təmizləyənlə daha asan olur.

Laymları formanın içinə elə yerləşdirin ki, aşaraq sonra içinə tökəcəyinizi dağıtmasın.
Yoqurtlu qarışığı laymların yarısınadək tökün. Bir neçə şokolad parçası səpin (bu, "qarpız"ın dənələri olacaq).

Əgər yoqurtlu qarışıq duru alınıbsa, bir az soyuducuda saxlayın ki, qatılaşsın, əgər qatıdırsa, şokolad yonqarının üstündən laym kasası dolanadək tökün. İçi doldurulmuş laymları tam donanadək dondurucuya qoyun.

Hazır olduqdan sonra laymları çıxarın, 1-2 dəqiqə otaq temperaturuna "alışandan" sonra isə "qarpız" parasını 3 yerə bölün (çörək bıçağı ilə kəsmək daha asan olur, bıçağı qaynar suya batırıb sonra kəsin).

Vəssalam! Bu da "səhəngdəki" qarpız!

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!