Armudlu keks resepti

Armudlu keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 19
Tərkibi:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
Stəkanın ikidə biri qədər duru yağ
Stəkanın ikidə biri qədər qatıq
Stəkanın ikidə biri qədər kakao
1 ədəd qabartma tozu
1 çay qaşığı soda
2 stəkan un
Üzəri üçün:
2 ədəd armud
Hazırlanması:
Yumurtaları köpənə kimi çırpın. Şəkəri əlavə edib qabarana kimi çalın. Süd, qatıq və duru yağı əlavə edin. Kakao , un, qabartma tozu və sodanı əlavə edib yaxşıca qarışdırın. Yağlanmış ortaboy normal yuvarlaq bir qaba tökün. Armudların qabığını soyub alma dilimi şəkilində incə dilimləyin.
Armud dilimlərini istədiyiniz şəkildə xəmirin üzərinə qoyun.
180 dərəcədə bişirin. Bişdikdən sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.

Nuş Olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!