Meyvəli muffin resepti

Meyvəli muffin resepti
Şirniyyat və Tortlar
10.09.2017 33
Tərkibi:

2 yumurta

1 stəkan şəkər tozu

1/2 stəkan əridilmiş kərə yağı və ya zeytun yağı

1/2 stəkan qatıq

1,5 stəkan ələnmiş un

1 paket qabartma tozu

1 çay qaşığı darçın

1 çimdik duz

1 xörək qaşığı kişmiş

100 qram quru meyvə

2 xörək qaşığı fındıq ləpəsi

Muffin qəlibləri



Hazırlanması:

Şəkər tozu və yumurtanı köpüklənənə qədər qarışdırın. Meyvələr, kişmiş və fındıq ləpələrinə digər inqradientləri əlavə edib taxta qaşıqla yavaşca qarışdırın. Meyvələr və kişmiş əlavə olunandan sonra sıyıq kütləni muffin qəliblərinə ahəstə şəkildə tökün. Sonra üzərinə fındıq və meyvələr qoyun, 180 dərəcəyədək isidilmiş sobada 40-45 dəqiqə bişirin.

Sonda muffinlərin üzərinə şəkər pudrası səpə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!