Qarda alma resepti

Qarda alma resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

2-3 alma

150 q marqarin

150 q xama

3 st. un

1 st. şəkər tozu

2 yumurta

4 x.q. alma cemi

vanil



Hazırlanması:

Yumurtaların sarısını ağından ayırıb yarım stəkan şəkər tozuyla çalın, yumşaldılmış marqarin, vanil, xama və un əlavə edib xəmir yoğurun.

Yumurtanın ağını qalan şəkər tozuyla qatı köpük alınana qədər çalın. Almaları nazik dilimləyin.



Dərin siniyə xəmiri elə yayın ki, qabın divarını da tutsun, divarboyu cem yaxın (azca dibinə də çəkmək olar). Almaları xəmirin üstünə düzün, ikinci (yumurta ağı ilə olan) qarışığı almaların üzərinə tökün. Sobada 180 dərəcə istidə 30 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!