Güllü tartolet resepti

Güllü tartolet resepti
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi:

150 q əridilmiş marqarin

1 yumurta

0,5 st. üyüdülmüş fındıq

0,5 ç.q. darçın

2,5 st. un



Krem üçün:

1 paket krem-şanti

3/4 st. süd

0,5 st. qaymaq



Bəzək üçün:

kivili jele

kivi



Hazırlanması:

Krem üçün süd və krem-şantini birlikdə çalın. Qaymağı da əlavə edib təkrar çalın və soyuducuya qoyun.



Xəmir üçün olan ərzaqları 5 dəqiqə mikserlə çalıb xəmir yoğurun. Yumru qəlib və ya nəlbəki, stəkan vasitəsilə kəsib keks qablarına yerləşdirin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin, sonra soyudun.



Kremi soyumuş kekslərin içinə doldurun. Kiviləri yarımdairə doğrayın. Kremin üstündə gül formasında yerləşdirin. Üzərinə jele gəzdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!