Rəvani şirniyyatı resepti

Rəvani şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 52
Tərkibi:

3 ədəd yumurta,

1 çay bardağı şəkər tozu,

3 yemək qaşığı un,

1 su bardağı duru yağ,

1 su bardağı irmik (mannı)

1 su bardağı qatıq,

3 y.q əzilmiş fındıq,

1/2 ç.q soda,

1 paket qabartma tozu,

1 paket vanilin.

Şərbəti üçün;500 qr su,400 qr şəkər tozu,yarım limon suyu.



Hazırlanması;

Yumurta və şəkər tozunu bir qabda mikserlə ağarana qədər çalırıq.Qarışımın üzərinə yağı,unu,qatığı,qabartma tozunu,vaneli və son olaraq mannını əlavə edib qarışdırırıq.Əvvəlcədən qızdırdığımız sobada 170 dərəcədə qoyuruq.Bu arada şərbətimizi bildiyimiz şərbət şəklini alana qədər bişiririk.Üzəri nar kimi qızaran Rəvanimizi sobadan çıxartdıqdan sonra 5 dəqiqə gözlədirik.Sonra şərbəti üzərinə gəzdiririk.Şərbəti canına çəkdikdən sonra nuşu canla yeə bilərik.Əlbətdə üzərini istədiyiniz şəkildə bəzəyə bilərsiniz.



Nuş olsun
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!