Kəsmikli peçenye resepti

Kəsmikli peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 125
Kəsmik çox xeyirli məhsuldur. Onun tərkibində çoxlu miqdarda kalsium elementi var.
Kalsium insanın sümüklərini, dişlərini, saçlarını möhkəmləndirir,
ürəyin normal fəaliyyəti və yaxşı görmə üçün çox vacibdir. Kəsmik
mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də
çox xeyirlidir.
Gündəlik rasionda kəsmiyin olması
uşaqlar və hamilə qadınlar üçün olduqca vacibdir.  Lakin bir çox uşaqlar
(və həmçinin də böyüklər) kəsmik xoşlamır. Bu halda kəsmiklə müxtəlif
un məmulatları (peçenye, piroq və s.) bişirmək olar. Kəsmiyin faydalı
xüsusiyyətləri, demək olar, tam saxlanılır.
Beləliklə, sizə çox faydalı və xeyirli kəsmik peçenyenin reseptini təqdim edirik.
Lazım olan məhsullar:
Kəsmik - 250 qr
Kərə yağı - 200 qr
Un - 2 stəkan
Qabartma tozu - 1 çay qaşığı
Şəkər tozu - 1/3 stəkan




Hazırlanması:
1. Yumşaq kərə yağı kəsmiklə birlikdə həmcins kütlə alınana kimi mikserlə (və ya blenderdə) yaxşı qarışdırılır.
 

 
2. Un və qabartma tozu əlavə olunur və yenə yaxşı
qarışdırılır. Xəmir yumşaq alınmalıdır, lakin əllərə yapışmamalıdır.
Əgər xəmir əllərə yapışırsa, bir qədər un əlavə edin.
 

 
 3. Stolun üzərinə bir qədər un tökün və xəmiri nazik yayın. Stəkanın köməyi ilə xəmirdən dairələri kəsin.
 

 
 4. Hər dairənin bir tərəfini şəkər tozuna batırın və tən ortadan elə qatlayın ki, şəkər içəridə qalsın.
 

 
5. Daha sonra peçenyenin bir tərəfini yenə şəkər tozuna batırın və yenə tən ortadan elə qatlayın ki, şəkər içəridə qalsın.
 
 
 
 6. Peçenyenin bir tərəfini şəkər tozuna batırın
 



7 . Alınmış üçbucaqlıları bişirmək üçün protivenə un məmulatları üçün
nəzərdə tutulmuş xüsusi kağız sərin və üzərinə peçenyeləri düzün (şəkəri
olan tərəf yuxarıda qalmalıdır).
 
 
 
 8. Peçenye sobada 180 C-də təxminən 20 dəqiqə ərzində bişirilir.
 
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!