Şəkər xəmirinin hazırlanması resepti

Şəkər xəmirinin hazırlanması resepti
Şirniyyat və Tortlar
10.09.2017 94
Tərkibi:

450 qr. marshmallow şəkər

4 yemək qaşığı su

500 qr. pudra şəkəri

Bir çimdik duz

 

Hazırlanması:

Marshmallow şəkərləri şüşə bir kasaya boşaldın.

Qazana bir az su qoyub, şüşə kasanı üzərinə oturdun.

Orta atəşdə hərdənbir qarışdıraraq marshmallow şəkərləri əridin.

Burada diqqət yetirilməsi lazım olan; şəkərlərin çox çox əriməməsi və içlərinə isti suyun dolmamasıdır.

Əriyən şəkərlərə su, duz və pudra şəkərinin yarısını əlavə edib, qarışdırın.

Yoğurma kabının dibinə bolca pudra şəkəri tökün.

Əriyən şəkərləri yoğurma kabına alın və yoğurmağa başlayın.

Diqqət yetirin əliniz yanmasın.

Qalan pudra şəkərinidə əlavə edib, xəmiri yaxşıca yoğurun.

Ələ yapışmayan amma yumşaq konsistensiyalı bir xəmir olcak.

Son olaraq xəmiri top halına gətirin və üzərinə marqarin sürün.

Streç film ilə örtdüyünüz xəmiri 1 gün ya da daha çox otaq istiliyində gözlədə bilərsiniz.

İstifadə edəcəyiniz zaman təkrar yoğurun və istədiyiniz bəzəmədə istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!