Kəsmikli aysberq deserti resept

Kəsmikli aysberq deserti resept
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:

1 banka qatılaşdırılmış süd

100 q şəkər tozu

500 q kəsmik

1 plitə tünd şokolad

müxtəlif meyvələr (kivi, banan, armud, alma - istəyə görə)



Hazırlanması:

Qatılaşdırılmış südü, şəkər tozunu, kəsmiyi əvvəlcə qaşıqla qarışdırın. Sonra isə blenderdə eynicinsli kütlə alınanadək çalın. Elə edin ki, lopalar qalmasın. Bu qarışığın yarısını münasib qaba qoyun. Qaşıqla hamarlayın.



Meyvələri yuyub nazik doğrayın, qabdakı kəsmik qarışığının üzərinə düzün. Kəsmik qarışığının yerdə qalanını isə bu qatın üzərinə əlavə edin. Yenə qaşığın köməyilə hamarlayın. Tünd şokolad plitəsini sürtgəcdən keçirib desertin üstünə səpin. Sonra "aysberqi" 5-6 saat soyuducuda saxlayın.

Süfrəyə çayla birlikdə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!