Hörüklü nutella çörək resepti

Hörüklü nutella çörək resepti
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:

2,5 stəkan un

1,5 çay qaşığı maya

bir stəkan su

bir çay qaşığı duz

bir yemək qaşığı şəkər

nutella

fındıq əzməsi və ya şokolad fındıq əzməsi qarışığı

qarğıdalı unu

1 yumurta.

 

Hazırlanması:

Bir stəkan su içində mayanı əridib bir kasa içinə tökün və 10 dəqiqə boyunca mayanı gözlədin. Un, duz, şəkər əlavə edib mikser ilə aşağı sürətdə 7-10 dəqiqə qarışdırın. Başqa bir kasa içinə yüngülcə yağ sürərək xəmirinizi alın və üzərini bir neylon ilə örtün və ilıq bir yerdə təxminən bir saat gözlədin.

 

Xəmirinizi iki parçaya ayırın. Bu vaxt nutella fındıq əzməsi və ya şokolad fındıq əzməsi qarışığını otaq temperaturunda sürtülə biləcək konsistensiyaya gəlməsini təmin edin. Bunu tez təmin etmək üçün mikro dalğada çox qısa bir müddətdə gözlədilə bilər. Xəmir parçalarını göz qərarı nimçə ölçüsündə açıb misir unu səpdiyiniz soba nimçəsinə yayıb üzərinə nutella və ya şokolad fındıq əzməsi qarışığını sürüb ikinci parçanı bunu üzərinə yerləşdirin və uc qisimlərini barmaq ucları ilə əzərək iki parca xəmirin birləşməsini təmin edin. Xəmirinizi kəsərkən şəkilli izahatı təkrar diqqətlə araşdırın və kəsdikdən sonra içdən xaricə doğru büküb ucları birləşdirin. 10 dəqiqə quru bir yerdə gözlədin bu vaxt sobanızı 180 dərəcə də istilədin. Xəmiri yerləşdirmədən əvvəl üzərinə fırça ilə yumurta sürün. 25 dəqiqə bişirdikdən sonra soyumağa buraxın.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!