Qozlu almalı piroq resepti

Qozlu almalı piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 45
Tərkibi:

300qr. un

100qr. kərə yağı

180qr. şəkər

1 x/q su

1 ədəd yumurta

3-5 alma

150qr. xırda doğranmış qoz

1 ç/q qabartma tozu

1 paket vanil

zövqə görə bir çimdik darçın və hil

 

Hazırlanması:

80 qr. şəkəri yağ, yumurta və 1 x/q su ilə qarışdırırıq. Un və qabartma tozunu əlavə edib yumşaq, elastik xəmir yoğururuq. Soba qabına yayıb 190C qızdırılmış sobaya bişməyə qoyuruq.

 

Bişənə qədər içliyi hazırlayırıq: almanı yuyub qabığınğı soyuruq və sürtgəcdən keçiririk. Qalan şəkər, vanil, doğranmış qoz ləpəsi və darçınla qarışdırırıq.

Xəmiri sobaadan çıxarıb içliyi üzərinə yayırıq və yenidən sobaya qoyuruq. Hazır olana qədər hardasa 20-25 dəqiqə bişiririk.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!