Jelenin hazırlanması

Jelenin hazırlanması
Şirniyyat və Tortlar
10.09.2017 24
Jelenin hazırlanma qaydası, adətən, onun içində olduğu paketin üstündə yazılır. Jelatinin növləri müxtəlif olur. Bəziləri dənəvər, bəziləri toz, bəziləri isə plastinka kimi olur. Bəs yaxşı, paket cırılıbsa, yaxud heç əvvəldən olmayıbsa?



İdealda plastinka jelatini düzgün hazırlamaq qaydası belədir: konditer məhsulunun üstündə əriyib axıb getməməsi üçün jelatini soyuq suda yuyun. Qaynadılmış soyuq suda 2 saat saxlayın. Jelatin şişəcək. Buna şəkər tozu və limon turşusu əlavə edin. Sonra ocağın üstünə qoyun. Qaynara düşəndə üstünün köpüyünü yığın, vam odda daha 5 dəqiqə dayanmadan qarışdıra-qarışdıra bişirin, 40-60 dərəcəyədək soyudun.

Sonra istədiyiniz qida boyasını, sirop və ya aromatizator (vanil essensiyası və s.), həmçinin azca likör əlavə edə bilərsiniz.



Donmamış jeleni nəlbəkilərə tökün (maksimum 1 sm qalınlıqda). Donandan sonra müxtəlif fiqurlar kəsib konditer məhsullarının üstünə yerləşdirə bilərsiniz. Yaxud bütöv bir tortun üzərini jele ilə örtmək istəyirsinizsə, korju bişirdiyiniz formanın içinə qida plyonkası çəkin, jeleni içinə tökün. Qalınlığı 3 mm-dən çox olmamalıdır. Bərkiyəndən sonra qida plyonkasının kənarlarından tutaraq jeleni formadan çıxarın. Tortun üzərinə yerləşdirin. (Bu zaman çalışın, jelenin donarkən üstdə olan tərəfi tortun da üzərində yuxarıda olsun. Çünki qida plyonkasına yapışan səthi qırışıqlar səbəbindən hamar olmur). Və təbii ki, jeleni tam donmamış da tortun üzərinə tökmək, sonra soyuducuda dondurmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!