Ürək formasında şokoladlı peçenye resepti

Ürək formasında şokoladlı peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 57
Ən dadlı peçenyelərdən sayılan şokoladlı peçenyenin reseptini sizlərə təqdim edirik.



Tərkibi:

- kərə yağı - 200 qr

- şəkər tozu - 150 qr

- un - 1,5 stəkan

- kakao - 3 xörək qaşığı

- yumurta - 1 dənə

- qabartma tozu - 1 çay qaşığı

- vanilin - 1 paket



Hazırlanması:

1. Yumşalmış yağ şəkərlə və vanilinlə yaxşı qarışdırılır.



2. Sonra yumurta əlavə olunur və yenə də yaxşı qarışdırılır.



3. Daha sonra un, qabartma tozu və kakao əlavə olunur, yaxşı qarışdırılır və yumşaq elastik xəmir yoğurulur.



4. Xəmiri sellofan plyonkaya bükülür və 1 saat ərzində soyuducuda saxlanılır.



5. Daha sonra xəmir 1 sm qalınlığında yayılır, ürək formasında kəsilir (xüsusi formanın köməyi ilə) və perqament kağızı sərilmiş tavaya düzülür.



6. Peçenye 160 C qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!