Çox dadlı və faydalı kəsmikli səhər yeməyi resepti

Çox dadlı və faydalı kəsmikli səhər yeməyi resepti
Şirniyyat və Tortlar
10.09.2017 38
Kəsmik ən faydalı məhsullardan biridir. Kəsmikdən müxtəlif şirniyyatlar, qəlyanaltılar və s. hazırlamaq olar. Sizə çox faydalı və dadlı səhər yeməyi təqdim edirik - "varenik". Bu çox faydalı və həmçinin doyumlu səhər yeməyidir.



Tərkibi:

- kəsmik - 200 qr,

- şəkər tozu - 2 xörək qaşığı,

- yumurta - 1 dənə,

- un - 4 xörək qaşığı,

- duz (zövqə görə).



Hazırlanması:

1. Kəsmiyi yumurta, şəkər tozu, un və duzla yaxşı qarışdırın. (Unu ələmək lazımdır.)

2. Masanın üzərinə bir qədər un səpin, xəmiri uzun kolbasa şəklində yayın və sonra 1 sm-li hissəciklərə kəsin.

3. Qazanda su qaynadın, bir qədər duz əlavə edin və varenikləri qazana tökün.

4. Vareniklər suyun üzərinə çıxdıqda onları bir neçə dəqiqə ərzində bişirin və sonra çömçə ilə enli qaba yığın.

5. Varenikləri xama və ya mürəbbə ilə yemək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!