Göy qurşağı tortu resepti

Göy qurşağı tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

rəngləndiricilər:


1-2 x.q. çuğundur şirəsi

1 x.q. yerkökü şirəsi

1 yumurtanın sarısı + 1 x.q. süd

1 x.q. ispanaq şirəsi

1 x.q. qaragilə şirəsi

1 x.q. böyürtkən şirəsi



xəmir:

3,5 st. un

2 ç.q. qabartma tozu

0,5 ç.q. soda

1,75 st. şəkər tozu

75 q kərə yağı

1,5 x.q. bitki yağı

2 yumurtanın ağı

1,5 st. süd

0,5 st. yağsız sadə yoqurt

2,5 ç.q. vanil



qaymaqlı krem:

3,75 st. şəkər pudrası

110 q kərə yağı

1 ç.q. vanil

3 x.q. süd



qaymaqlı qlazur:

2 st. yağlı qaymaq

1/4 st. şəkər pudrası

1/8 ç.q. duz

1 ç.q. vanil



Hazırlanması:

Təbii rəngləndirici almaq üçün ispanaq, yerkökü və çuğundurun şirəsini sıxın (qaynanmış çuğundurun suyu da olar). Əgər qaragilə və böyürtkən dondurulmuş haldadırsa, mikrodalğalı sobaya qoyun, şirəsi çıxacaq.

Otaq temperaturunda olan kərə yağını şəkər tozu və bitki yağı ilə çalın. Yumurta ağlarını əlavə edin, sonra yenidən möhkəm çalın. Vanil, süd, yoqurt, un, qabartma tozu və soda əlavə edib çalın.

Xəmiri 6 formaya paylaşdırın, hər birinə rəngləndirici qatın: 2 x.q. çuğundur şirəsi; 1,5 x.q. yerkökü şirəsi, 1 yumurta sarısı+1 x.q. süd, 1 x.q. ispanaq şirəsi, 1 x.q. qaragilə şirəsi və 1 x.q. böyürtkən şirəsi.

Hər rəngdən olan korju 175 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın. Formada 5 dəqiqə soyudub sonra çıxarın.

Krem üçün olan ərzaqları bir neçə dəqiqə, eynicinsli kütlə alınanadək çalın.

Qlazur üçün qaymağı şəkər tozu və duzla mikserin orta sürətində qabarınca çalın. Vanil əlavə edin.

Aralarına krem çəkməklə korjları üst-üstə düzün. Qlazuru tortun üzərinə və yanlarına çəkin. Zövqə görə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!