"Vulkan" tortu resepti

Şirniyyat və Tortlar
10.09.2017 58
Tərkibi: xəmir:

1 yumurta

100 q şəkər tozu

300 q un

100 q kərə yağı

0,5 ç.q. söndürülmüş soda



:

100 q qoz



krem:

400-500 q xama

100-150 q şəkər tozu

50 q şokolad



Hazırlanması:

Kərə yağını şəkər tozu ilə ağarıncayadək çalın. Yumurta, söndürülmüş
soda əlavə edib qarışdırın. Az-az un əlavə edin (göstərilən miqdardan az
və ya çox gərək ola bilər). Xəmir yumşaq, elastik alınmalıdır. Xəmiri
soyuducuda 30 dəqiqə saxlayın.

Xəmirdən az-az götürüb, ortasına böyük olmayan qoz ləpəsi qoyun, kündələyin. Bütün xəmirdən bu qaydada kündələr hazırlayın.

Perqament döşənmiş siniyə düzüb 220 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Soyudun.

Xamanı şəkər tozuyla çalın. Hər kürəni kremə batırıb vulkan formasında üst-üstə yığın.

Şokoladı əridin, tortun üzərindən axıdın (lava kimi).

Kremin torta hopması üçün bir neçə saat tortu soyuducuda saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!