Qəhvəli-portağallı piroq resepti

Qəhvəli-portağallı piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Ən əsası - bu piroqu axşam yatandan qabaq yeməyin, yuxunuz qaçar. Səhər yeməyi üçün isə əladır.

Tərkibi:

5 yumurtanın ağı

100 q kərə yağı

100 q şəkər pudrası

30 q üyüdülmüş qəhvə

250 q un

5 q qabartma tozu

70 q portağal

5 ml bitki yağı

30 q bal



Hazırlanması:

Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın.

Yumşaldılmış yağı şəkər pudrası ilə qarışdırın (darçınlı şəkər pudrası da istifadə etmək olar).

Qəhvə, yağlı kütlə və unu çalınmış yumurta ağları ilə ehtiyatla qarışdırın, kütlə eynicinsli olsun, amma köpü yatmasın.

Portağalı fal-fal doğrayıb dilimləri yarı bölün.

Formanı bitki yağı ilə yağlayın. İçinə bal töküb portağalları bir lay döşəyin.

Xəmiri üzərinə töküb yayın.

180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Bir az soyuyandan sonra hazır piroqu boşqaba tərs çevirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!