Zukotto resepti

Zukotto resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi: biskvit:

170 q şəkər tozu

170 q un

8 yumurta



:

1 l 35%-li qaymaq

50 q şəkər pudrası

200 q tünd şokolad

50 q badam

50 q fındıq

50 q zefir



şərbət:

2 x.q. konyak

2.5 x.q. "Amaretto" likörü



Hazırlanması:

Yumurtaları şəkər tozu ilə çalın, un əlavə edib qarışdırın. Perqament
döşənmiş siniyə töküb 180 dərəcə qızdırılmış sobada bişirin.
Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Badam və fındığı tavada qovurun, sonra xırdalayın. Şokoladı və zefiri də xırdalayın.

100 ml qaymağı başqa qaba tökün. Yerdə qalan 900 ml qaymağı şəkər
pudrası ilə çalın. Şokoladın yarısını, badam və fındığı əlavə edin.

Qalan şokoladı su hamamında əridin. 100 ml qaymağı əlavə edin.

Çaldığınız qaymağı iki hissəyə bölün: birinə zefiri, digərinə isə əridib qaymaqla qarşdırdığınız şokoladı əlavə edin.

Dərin yumru qabı yağlayın, perqament döşəyin. Biskvitdən qabın
hündürlüyü boyda üçbucaqlar kəsin. Onları qabın içinə kənarları
bir-birinin üstünə çıxmaqla düzün. Biskvitə amaretto və konyak hopdurun
(sevməyənlər mürəbbə şirəsi və başqa dadlandırıcılardan şərbət hazırlaya
bilərlər).

Zefirli qaymağı biskvitin üzərinə çəkin. Deserti 30 dəqiqə soyuducuda saxlayın.

Sonra çıxarıb şokoladlı qaymağı zefirli qaymağın üzərinə qoyun. Üzərini
qalan biskvitlə örtün. Deserti soyuducuda 6 saat saxlayın.

6 saat sonra hazır zukottonu boşqaba tərs çevirin. Üzərini şokoladlı
qlazur, yaxud kakao tozu və şəkər pudrası ilə bəzəyin, yenidən
soyuducuda 1 saat saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!