Bananlı, quru meyvəli burfi resepti

Bananlı, quru meyvəli burfi resepti
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

200 ml su

200 q şəkər tozu

400 q banan

50 q ərik qurusu

50 q kişmiş

50 q badam

200 q quru süd

100 q kərə yağı



Hazırlanması:

Şəkər tozunun üzərinə su töküb ocağa qoyun. Şəkər tozu əriyəndə xırda doğranmış banan əlavə edib 30-40 dəqiqə bişirin.

Bananlar bişən müddətdə ərik qurusu, kişmiş və badamı xırda doğrayın.

30-40 dəqiqə sonra, bananlar eynicinsli kütlə halına düşüb rəngi
tündləşəcək. Bu zaman ərik qurusu, badam və kişmişi əlavə edib
qarışdırın.

Qarışdıraraq quru südü əlavə edin.

Kərə yağını tavada əridin. Yağı südlü-meyvəli qarışığa əlavə edin, yaxşıca qarışdırın.

Formaya tökün, üzərinə plyonka çəkin, dondurucuda 30-60 dəqiqə saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!