Vanilli kremlə bananlı pirojna resepti

Vanilli kremlə bananlı pirojna resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi (8 ədəd): 1 bağlama hazır qat-qat xəmir

4 banan

1 yumurtanın sarısı (üzərinə)



krem:

350 ml süd

2 yumurtanın sarısı

2 x.q. nişasta

4 x.q. şəkər tozu

1 paket vanilli şəkər

40 q kərə yağı

1 x.q. limon şirəsi



Xəmirin donunu açıb kvadratlara bölün (8 ədəd alınacaq).



Hazırlanması:

Yumurta sarılarını şəkər tozu və nişasta ilə çalın.

Südə vanilli şəkəri əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə daim
qarışdıraraq yumurta sarısı-şəkər tozu qarışığını əlavə edin. Ocağı
azaldın, krem qatılaşanacan qarışdıraraq bişirin. Kərə yağı və limon
şirəsini əlavə edin, qarışdırın.



Xəmirin üzərinə xırda doğranmış banan və bir neçə qaşıq krem qoyun. Kənarlarını yaxşıca birləşdirin ki, krem axmasın.

Üzərinə yumurta sarısı çəkin. Perqament döşənmiş siniyə düzüb 200 dərəcə
qızdırılmış sobada 30 dəqiqə bişirin. Pirojnaların altı yanmasın deyə,
sobanın alt gözünə su ilə dolu tava qoyun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!