Kəsmikli-portağallı desert resepti

Kəsmikli-portağallı desert resepti
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi: 4 ç.q. jelatin

3 portağal

250 ml 30-35%-li qaymaq

3 x.q. bal (şəkər tozu ilə əvəz edə bilərsiniz)

1 st. portağal şirəsi

300 q yumşaq kəsmik



Hazırlanması:

Jelatinin üzərinə 0,5 st. qaynadılmış soyuq su töküb 30-40 dəqiqə saxlayın.

Portağalın sedrasını (ağ hissəsi olmayan qabığını) xırda doğrayıb az miqdarda suda 15 dəqiqə qaynadın.

Kəsmiyə 2-3 x.q. bal qatın (eyni miqdarda şəkər tozu ilə də əvəz edə bilərsiniz).

1 st. portağal şirəsi əlavə edin.

Mikserlə eynicinsli kütlə alınanadək çalın.

Qaymağı ayrı qabda möhkəm çalın.

Soyumuş sedranı kəsmikli qarışığa əlavə edin.

Əritdiyiniz jelatini su hamamında qızdırın və isti-isti (qaynar yox!) kəsmikli kütləyə əlavə edin.

Sonra çalınmış qaymağı elə əlavə edin ki, köpüyü yatmasın.

Portağalları təmizləyib fal-fal doğrayın.

Dördbucaqlı formanın içinə perqament döşəyin. Dibinə və kənarlarına portağal dilimlərini düzün.

Formanın içinə kəsmikli kütləni tökün, bir gecə soyuducuda saxlayın.

Hazır deserti qaba tərs çevirin, istəsəniz, üzərinə portağal sedrası səpə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!