Pambıq çizkeyk resepti

Pambıq çizkeyk resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

250 q krem-çiz (Philadelphia, Almette və s.)

50 q kərə yağı

150 q şəkər tozu

1-2 ç.q. vanilli şəkər

100 ml süd

4 x.q. un

0.5 ç.q. qabartma tozu

2 x.q. nişasta

6 yumurta

limon şirəsi

sedra

1 çimdik duz

(18-20 sm diametrli forma)



Hazırlanması:

Formanın dibinə perqament döşəyin. Kənarlarına da perqamenti elə yerləşdirin ki, formanın qırağından 5-6 sm hündür olsun (kağız rahat otursun deyə kərə yağı ilə yağlayın).



Quru ərzağı - un, nişasta, qabartma tozu - qarışdırın.



Yumurta ağlarını sarılarından ayırın. Yumurta ağlarını möhkəm çalın, 1 çimdik duz əlavə edin. Çalmağı dayandırmadan adi və vanilli şəkər tozunu əlavə edin, çalın.



Başqa qabda krem-çiz, yağ, yumurta sarıları, süd, limon şirəsi və sedranı qarışdırın (çəngəllə, yaxud mikserlə çala bilərsiniz).



Bu kütləni qarışdıra-qarışdıra quru ərzaq qarışığını əlavə edin.

Çaldığınız yumurta ağlarını hissə-hissə əlavə edib eynicinsli kütlə alınanadək ehtiyatla qarışdırın.

150 dərəcə qızdırılmış sobada 90 dəqiqə bişirin. Bu müddət ərzində sobanın ağzını açmayın. (Çizkeykin üstü çatlamasın deyə onu su hamamında bişirmək daha yaxşıdır. Əgər formanın kənarları açılırsa, onu əvvəlcədən folqaya bükün (su keçirməsin). Təxminən 1.5 litr suyu qaynadın. Çizkeyk olan qabı daha iri formanın içinə qoyun, qaynar suyu 2-3 sm hündürlüyədək tökün).   



90 dəqiqə sonra çizkeykin bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişibsə, sobanı söndürün, qapağını azca açıq qoyun və 30 dəqiqə müddətində çizkeyki sobadan çıxarmayın.



Sonra çıxarıb tam soyudun. Bir gecə soyuducuda saxlasanız, lap əla olar.



Çizkeyki şəkər pudrası, çalınmış qaymaq və meyvələrlə bəzəyə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!