Ən yumşaq və ən dadlı şorqoğalının resepti

Ən yumşaq və ən dadlı şorqoğalının resepti
Şirniyyat və Tortlar
10.09.2017 40
Tərkibi:

Un 1 kq

Yumurta 2 ədəd

150 qr yağ

Xama 200 qr

Süd (ilıq) 1 st

Maya 2 ç.q

Sarıkök,duz 1 çimdik

Un az çox əlavə oluna bilər.



İçlik:

Un 500 qr

Kərə yağı 150 qr

Razyana 2 x.q

Cirə 2 x.q

Sarıkök 1 ç.q

İstiot,duz

Yağlamaq üçün kərə yağı 400 qr.

Üstünə 2 yumurta sarısı, çörəkotu (xaş xaş,qara küncüt)



Hazırlanması:

Xəmir : Unun üzərinə maya,otaq temperaturunda yumşalmış kərə yağnı vurub umac edirik. Xəmirin ortasında oyuq açıb İlıq süd,xama,yumurta , sarıkök, duz vurub yumşaq xəmir yoğrulur. 1-1.5 saat dinləndirilir.

İçliyi :Unun üzərinə ərinmiş kərə yağı, üyüdülmüş cirə,razyana, sarıkök,istiot və duz əlavə edib umac hazırlanır.

İstəsəniz unu yağda qovura da bilərsiniz.

Xəmir təxmini 200 qr lıq kündələrə ayrılır. Və 0.5 mm qalınlığında yayılır . Yuxaların arasına kərə yağı çəkilərək üst üstə yığılır. (Məndə 14 kündə alındı) Dürüm kimi bükülür, 2 barmaq qalinliginda doğranır,yastılanır və papaq şəklinə salınıb içinə içlik qoyulur.

Xəmirin qıraqları birləşdirilib hamarlanır,yastı qoğal halına salınır. Üzərinə yumurta sarısı çəkilib xaş xaş səpilir və yağlanmış listə düzülür hər bir qoğal arasında 2 barmaq məsafə qoyun. Qoğal 180 isidilmiş sobada üstü tam qızaranadək bişirilir.

Bu resept Bəhruz Qəlbinurundur. 24 ədəd iri qoğal çıxdı. Çox yumşaq və ləzzətlidir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!