Peçenye tortu resepti

Peçenye tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 338
Tərkibi:

3 yumurta

1 stəkan şəkər tozu

14 ədəd peçenye

1 çay qaşığı suxarı ovuntusu

0,5 stəkan fındıq və yaxud qoz ləpəsi

Azca vanil



Hazırlanması:

Yumurtanın ağını xeyli çaldıqdan sonra üzərinə şəkər tozu əlavə edərək şişib qabarıncayadək çalın. Peçenyeni əzib un halına salaraq əzilmiş, yaxud xırda doğranmış ləpə ilə qarışdıraraq çaldığınız yumurta ağının üzərinə töküb vanil əlavə edin. Qarışığı yağlanmış, suxarı ovuntusu səpilmiş tavaya töküb 180-200 dərəcədə 45 dəqiqə bişirin. Tort soyuduqdan sonra üzərinə krem çəkin. Şokoladı xırda gözlü sürtgəcdən keçirib üzərinə səpə bilərsiniz. Sonra 2 saatlığa soyuducuya qoyun.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!