Çiyələkli soyuq tort resepti

Çiyələkli soyuq tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

- 250 qr. çiyələk

- 250 qr. Pişik Dili Biskvit

- 4 su stəkanı süd

- 1.25 su stəkanı toz şəkər

- 1 su stəkanı un

- 2 paket vanil



Arzuya Görə:

- 1 paket krem şanti



Hazırlanması:

Qazana 1 su stəkanı şəkər tozu, südü, unu və vanil əlavə edib, üzəri göz göz olana qədər bişirin. Kremi atəşdən götürün. Düzbucaqlı şüşə qabın içinə biskvitləri sıra halında düzün. Üzərinə hazırladığınız kremdən boşaldın. Kremin üzərinə təkrar biskvitləri düzün  və təkrar krem tökün. Material bitənə qədər bunu davam edin. Ən son kremi tökün. Çiyələkləri ayırd edib təmizləyin. 1/4 su stəkanı şəkər tozu və təmizlənmiş çiyələkləri, robot köməyi ilə püre halına gətirin. Çiyələk pürəsini kremin üzərinə töküb yayın. Buzluqda, xidmət edənə qədər gözlədin. Xidmətdən yarım saat əvvəl buzluqdan çıxarıb, dilədiyiniz şəkildə dilimləyin. Üzərini arzuya görə krem şantiylə bəzəyib, xidmət edin.



Nuş Olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!