Patra resepti

Patra resepti
Şirniyyat və Tortlar
10.09.2017 28
Tərkibi:

200 q un

100 q əridilmiş yağ

200 q su

5 yumurta

2 st. bitki yağı

1 x.q. şəkər pudrası

duz



Hazırlanması:

Unu ərinmiş yağda azacıq qızardın. Qarışdıra-qarışdıra duzlu qaynar suyu əlavə edin. Qarışdırmağa davam edərək kütlənin qaynamasını gözləyin. Sonra ocaqdan götürüb azca soyudun (təxminən 50 dərəcəyədək).



Soyumuş kütləyə yenə də qarışdırmaqda davam edərək bir-bir yumurta qırın.



Xörək qaşığını suda isladıb xəmirdən götürün və tavada çox qızdırılmış bitki yağına salaraq qızardın. Qızılı rəng alanadək bişirin. Sonra yağını çəkməsi üçün salfetin üzərinə düzün.



Hazır patranın üzərinə şəkər pudrası səpin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!