Mələyin göz yaşları resepti

Mələyin göz yaşları resepti
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi:

əsas:


1 st. un

1 ç.q. qabartma tozu

80 q yağ

2 x.q. şəkər tozu

1 orta boy yumurta



:

500 q kəsmik

0,5 st. şəkər tozu

3 yumurtanın sarısı

1 x.q. mannı yarması

100 q xama və ya çox qatı qaymaq vanil



sufle:

3 yumurtanın ağı

3 x.q. şəkər pudrası



Tərkibi:

Əsas: unu qabartma tozu ilə qarışdırın, kərə yağı ilə bıçaqla döyun. Yumurtanı şəkər tozu ilə çalın, yağlı unla qarışdırıb xəmir yoğurun. Hazır xəmiri qida plyonkasına büküb soyuducuda 30 dəqiqə saxlayın.

İç: bütün inqredientləri blenderdə eynicinsli kütlə halına gələnədək qarışdırın.

Sufle: yumurtanın ağını arada şəkər pudrası əlavə edərək möhkəm çalın. Əgər pis çalsanız, o zaman "göz yaşları" çıxmaz.

Xəmiri soyuducudan çıxarın.

Üstünə iç qoyun.

180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Sonra çıxarın, üstünə sufleni də qoyub daha 10-15 dəqiqə, qızılı rəng alınca bişirin. Çox saxlamayın, əməyiniz zay olar.

Sobanı söndürün, qapağını açın və tortu bu vəziyyətdə soyumağa qoyun. Sufle azacıq çökəcək, amma qorxmayın, bu, normaldır. 40 dəqiqə sonra sobadan çıxarın, tam soyudun. Saat yarım sonra üzərində kəhrəba rəngində "göz yaşları" - şirə damlaları çıxacaq.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!