Zebra muffin resepti

Zebra muffin resepti
Şirniyyat və Tortlar
10.09.2017 54
Tərkibi:

Sadə keks:


2 ədəd yumurta

1 çay stəkanı + 1 yemək qaşığı şəkər

1 çay stəkanı süd

Yarım çay stəkanı çiçək yağı

1 paket qabartma tozu

1,5 su stəkanı un



Kakaolu keks:

2 ədəd yumurta

1 çay stəkanı + 1 yemək qaşığı şəkər

1 çay stəkanı süd

Yarım çay stəkanı çiçək yağı

3 yemək qaşığı kakao

1 paket qabartma tozu

1,5 su stəkanı un



Hazırlanması:

Hər iki tortlar ayrı-ayrı qablarda hazırlanır. Əvvəl yumurta və şəkər köpük köpük olana qədər çırpılar. Daha sonra yağ və süd əlavə olunur. Sonra un (kakao) və qabartma tozu əlavə olunur. Yaxşı çırpılır. Muffin qəlibləri hazırlanır. İki keks üçün də ayrı yemək qaşığı istifadə edilir. Sürətli şəkildə yarım yemək qaşığı kakaolu keks xəmirindən, yarım yemək qaşığı sadə keks xəmirindən sırayla tökülür. Tökərkən üstdən tam ortadan tökülməlidir. Beləliklə, sırayla xəttlər meydana gəlir. Sürətli olmaq bu işin bacarığıdır. Çünki qəliblər kiçik olduğu üçün tam doldurmayıb yarıyı bir az keçənə qədər bu əməliyyatı həyata keçiririk. 170 -180 dərəcə sobada bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!