Zəncəfilli peçenye resepti

Zəncəfilli peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Belə hesab  edirlər ki, bu peçenyenin reseptini ber neçə əsr bundan əvvəl İngiltərə kralı icad edib.



O vaxtdan bu günümüzə qədər bu peçenye bütün dünyada tanınıb və böyük populyarlıq qazanıb. Bu çox dadlı, kövrək, ətirli, yüngül peçenyedir. Həmçinin bu peçenye çox faydalıdır - onun tərkibində bal, zəncəfil, darçın kimi faydalı inqrediyentlər var.



Tərkibi:

- Un - 315 qr

- Bal - 85 qr

- Zəncəfil - 1 çay qaşığı

- Kərə yağı - 85 qr

- Yumurta - 1 ədəd

- Soda - 1/2 çay qaşığı

- Darçın - 1 çay qaşığı



Hazırlanması:

1. Balı qazanda isindiririk. Bal qaynayanda darçın və zəncəfil əlavə edirik.



2. Daha sonra xırda doğranmış kərə yağı əlavə edirik. Kütləni yaxşı qarışdırırıq və yenə də isindiririk.



3. Sonra qabı oddan götürürük, soyuduruq və yumurta əlavə edib tez qarışdırırıq.



4. Unu ələyirik, sirkədə söndürülmüş soda əlavə edirik, qarışdırırıq və ballı-yumurtalı kütləni una əlavə edib yaxşı qarışdırırıq. Hazır xəmir elastik olmalıdır. Xəmiri 15 dəqiqə ərzində ev temperaturunda saxlayırıq.



5. Daha sonra masaya un səpirik, xəmiri 3 mm qalınlığında yayırıq (yalnız 1 dəfə, əks halda peçenye bərk olacaq). Xüsusi formalarla peçenyeni kəsirik.



6. Tavanın dibinə bişirilmə üçün olan kağız örtürük, üzərinə peçenye düzürük və əvvəlcədən qızdırılmış sobada 170 C-də 10 dəqiqə ərzində bişiririk.



7. Peçenyeni soyuduruq və üzərinə şəkər tozu səpirik. Peçenyeni istədiyiniz kimi bəzəmək də olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!