Klassik tiramisu resepti

Klassik tiramisu resepti
Şirniyyat və Tortlar
10.09.2017 5
Tərkibi (2 porsluq):

250 qr maskarpone

2 yumurta sarısı 1 yumurta ağı

50 qr şəkər tozu

8-12 "barmaqcıq” savoyardi

50 ml likor

125 ml tünd şirin qəhvə

2 x/q kakao bəzək üçün nanə



Hazırlanması:

1. Tünd qəhvə qaynadın, ağız dadına uyğun şəkər və likor əlavə edin, qarışdırın. Bu bizim hopdurucu şirəmiz olacaq.

2. Yumurta sarısını şəkər ilə ağarana kimi qarışdırın. 5 dəqiqədən az olmayaraq yaxşıca qarışdırmaq vacibdir, blenderlə orta sürətdə daha yaxşı olar.

3. Yumurta ağını dayanıqlı köpük əmələ gələnə qədər qarışdırın (məhlulun maye halında yox, ağ köpük şəklində olması üçün).

4. Maskarponeni yumşalana kimi mikser çubuğu ilə qarışdırın. Şəkərli yumurta sarısı məhlulunu yavaş-yavaş, xörək qaşığından istifadə edərək tökün. Əlavə edirik , blenderlə qarışdırırıq ,əlavə edirik , qarışdırırıq. Bir rəngli kreməbənzər məhlul alınmalıdır.

5. İndi ,qaşıqla ,bir-bir yumurtanın ağını əlavə edirik. Blenderi kənara qoyuruq. Ehtiyyatla yuxarıdan aşağı qarışdırırıq. Məhlul çox da sulu olmamalıdır, məsələn qatı xama kimi.

6. Formanın dibinə bir az krem tökürük.

7. Savoyardini şirəyə qoyuruq ki,onu canına çəksin. Bunu çox cəld etmək lazımdır, ona görə ki, peçenye dərhal şirəni hopdururZA gözünüzün qabağında bilər. Peçenyeni yuxarıdan kremin üzərinə qoyuruq.Yuxarıdan 2-3 siropla isladılmış peçenye daha qoyuruq. Bir qat kremlə ortürük və sona çatırıq.

8. Soyuducuya minimum 4 saatlığa və ya bir gecelik qoyuruq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!