Zürafə tortu resepti

Zürafə tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:

3/4 st. süd

3/4 st. 35%-li qaymaq

300 q peçenye

70-100 q kərə yağı

100 q (20-30 ədəd) marşmellou

300 q südlü şokolad

2 yumurta

0,5 ç.q. vanil cövhəri



Hazırlanması:

Peçenyeni blenderdə xırdalayın. Ərinmiş yağ əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.

Kənarı açılan, 21 sm diametrli formanı kərə yağı ilə yağlayın. Peçenye kütləsini içinə döşəyib kənarlarını divar boyu qaldırın. Əlinizlə basın. 160 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin (qızarmalıdır).

Südlü (olmasa, tünd) şokoladı xırdalayın.

Qazana südlə qaymağı tökün, daim qarışdıraraq orta itilikli odda qızdırın, amma qaynamasın. Ocaqdan götürüb xırdaladığınız şokoladı əlavə edin, əriyənədək qarışdırın.

Vanil əlavə edin.

Yumurtaları çalın, şokoladlı kütləyə əlavə edib, dərhal da sürətlə qarışdırın, mikserlə eynicinsli kütlə alınanadək çalın.

Bu şokoladlı kütləni korjun üzərinə tökün, sobada 15-20 dəqiqə (şokoladlı krem bərkiyənədək) bişirin.

Hazır və hələlik qaynar tortun üzərinə yarıya bölünmüş marşmellouları düzün.

180 dərəcə qızdırılmış sobanın üst gözündə 1-2 dəqiqə bişirin. Fikir verin ki, zefir (marşmellou) azacıq qızarsın, çox lazım deyil.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!