Gül piroqu resepti

Gül piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 117
Tərkibi:

350 qr. un

maya

80 qr yumşalmış kərə yağı

2 yumurtanın sarısı

150 qr ilıq süd

3 x/q şəkər pudrası

1 paket vanil

0,5 ç/q duz

 

Hazırlanması:

Bir qabda ilıq südü 1 ç/q şəkər və maya ilə qarışdırıb ağzını ba\layaraq 10 dəqiqə saxlayın.

Mikserin qabına un, şəkər, vanil və duzu əlavə edib qarışdırın. Üzərinə əvvəlcədən hazırladığınız süd və maya qarışığını əlavə edin və çalın. Yağı kiçik hissələr bölüb qarışığın üzərinə əlavə edin və çalın. Əvvəlcə 5 dəqiqə mikserin 1 -ci sürətində, sonra isə 10 dəqiqə 2-ci sürətdə çalın . Üzərini örütb acıması üçün gözləyin.

Acıyan xəmiri 2 və ya 3 hissəyə bölün. Üzərinnə bolluca un səpib xəmiri yayın. Sonar 8-10 sm diametrində dairələr kəsin.

 

 



Sonra şəkildə göstərildiyi kimi bükün və ortadan kəsin. İki gül alınacaq  





 

Alınmış gülləri soba qabına düzün  

 



 

Ağzını qapaqla örtün və xəmir özünü tutması üçün 45 dəqiqə gözləyin. Sobanı 180 dərəcə qızdırın və təxminən 25 dəqiqə hazır olana qədər bişirin. Sobadan çıxardıqdan sonra üzərinə şəkər pudrası səpin

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!