Qeyri-adi desert resepti

Qeyri-adi desert resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

3 x/ q manna yarması

1 stəkan şəkər tozu

2 stəkan su

100 qram giləmeyvə (qarağat və çaytikanı)



Hazırlanması:

Hər iki giləmeyvəni şəkildəki kimi əzirik, suyunu və cecəsini ayrı-ayrı qaba əlavə edirik.

İki qazana su əlavə edib hər iki cecəni 7-8 dəqiqə qaynadırıq. Sonra ya tənzifin, ya da süzgəcin köməyi ilə süzürük.

 

Yenidən odun üzərinə qoyub şəkər tozu əlavə edirik. Qaynayan qarışığa manna yarmasını əlavə edib 8-9 dəqiqə qaynadırıq.

 

Sonra qarışığa giləmeyvənin şirəsini əlavə edirik. Hər kütləni ayrı-ayrılıqda 10 dəqiqə mikserlə çalırıq. Köpmüş məhlul alınmalıdır.

 

Süfrəyə təqdim edəcəyimiz qaba əvvəl çaytikanlı qarışığı, sonra qarağatlı qarışığı əlavə edib, 3-4 saatlıq soyuducuya qoyuruq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!