Ağ şokolad və çiyələk musslu tort resepti

Ağ şokolad və çiyələk musslu tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi:

biskivit üçün:


4 yumurta

100 qr şəkər

50 qr un

30 qr badam tozu

çiyələkli muss üçün:

200 qr çiyələk

50 qr şəkər

200ml ən azı 30%-lik krem

2 list jelatin

ag sokoladli muss uçun:

180 qr ağ şokolad

100 ml+ 300 ml krem

1 list jelatin



bəzək üçün:

bir neçə çiyələk və qara şokolad



Hazırlanması:

1) biskivit: sobanı 180°C yandırırıq

yumurtanın sarısı ilə ağını ayırırıq

sarısına şəkər qatıb həcmi bir neçə dəfə artana kimi çalırıq

un ilə badamı qarısdırıb yumurta sarısına qatırıq və bir neçə saniyə çalırıq

yumurtanın ağını 5-7 dəqiqə çalırıq ve 3 dəfəyə1-ci qarısıqa əlave edirik

kənarları çıxan tort qabının dibinə kagız qoyuruq ki, dibi yapışmasın

və xəmiri töküb üstünü hamarlayırıq 15-20 dəqiqə üstü qızarana kimi bişiririk

bisdikden sonra kagizi çixaririq ve biskiviti tam soyuduruq



2) çiyələkli muss:

jelatin listini 10 dəqiqə soyuq suda isladırıq

150 qr çiyəəlyi blenderdə əzib pure kimi edirik

çiyələyə şəkər əlavə edib bir az qızdırırıq ki, şəkər ərisin amma qaynatmırıq

jelatin listinin suyunu sıxıb çiyələyə əlavə edirik yaxşıca qarışdırırıq ki, jelatin ərisin ,sonra soyuduruq

50 qr çiyələyi xırda-xırda doğrayırıq

kremi mikser ilə bərkləşənə kimi çalırıq soyumuş çiyələyi hissə-hissə kremə qatırıq

və sonda doğranmış çiyələyi də qatıb qarışdırırq

hazır biskiviti formaya qoyuruq əgər çiyələk ilə bəzəmək istəyiriksə onda çiyələyi 2 hissəyə bölüb kəsilmiş tərəfi çölə olmaq sərti ilə qabın kənarlarına düzürük

mussu biskivitin üstünə töküb 1 saatlıq soyuducuya qoyuruq



3) Ağ şokoladlı muss:

1 list jelatini soyuq suda 10 dəqiqəlik isladırıq

 ağ sokoladi  100 ml krem ilə vam xodda qarışdira-qarışdira əridirik

əridikdən sonra jelatini sıxıb şokolad ilə kremə əlavə edirik ki, ərisin

soyuması üçün kənara qoyuruq

300ml kremi çalırıq və soyumuş şokoladı əlavə edirik

sokoladli mussu çiyelekli musun ustune tokuruk

və1 gecəlik soyuducuya qoyuruq

səhərisi gün qara şokoladi  əridirik  polietilen lövhənin üstündə fiqurlar çəkirik və gözləyirik ki,tam qurusun sonra tortun üstünü bəzəyə  bilərik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!